Ölkə

Rüşvət alarkən həbs olunan direktorun yerinə xalq artisti təyin edildi - YENİLƏNİB - FOTO

22 İyun 2017 14:58
4 Şərh     Baxış: 14 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:58

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə xalq artisti Samir Cəfərova vəzifə verilib.

Milli.Az report-a istinadən xəbər verir  ki, Opera və Balet Teatrının solisti Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, nazir ötən gün Gəncədə olub. Vətəndaşlarla görüşən Qarayev məlum əmri elə orada olarkən verib. 

Xatırladaq ki, sözügedən postla bağlı dəfələrlə mediada məlumat yayımlanmışdı. Belə ki, Azərbaycanın xalq artisti Şahnaz Haşımova 19 il Filarmoniyanın direktoru olub. O, bu ilin mart ayında nazirin əmri ilə vəzifəsindən azad olunub.

Xalq artistini əvəzedən director Gülçin Mirzəyeva isə qalmaqallı şəkildə işdən çıxarılıb. Onunla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.  Xanım direktorun rüşvət alarkən görüntüləri yayılmışdı.

-----------

13:43

Gəncə Dövlət Filarmoniyasına yeni rəhbər təyin olunub.

Mili.Az report-a istinadən xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə bu vəzifəyə xalq artisti Samir Cəfərov gətirilib.

Qeyd edək ki, S.Cəfərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.