Ölkə

Şəkidə gənci ilan sancdı - YENİLƏNİB - VİDEO - FOTO

22 İyun 2017 16:37
4 Şərh     Baxış: 2 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:37

Hadisə rayonun Aşağı Göynük kəndində meydana gəlib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, gecə saatlarında evə gələn atasını qarşılamaq üçün həyətə düşən Elnur Ağabalayevi elə bu zaman ayağından ilan sancıb. Onu dərhal Şəki RMX-ya gətiriblər.

Müayinələr zamanı məlum olub ki, sürünən gəncin sol ayağının baş barmağından sancıb. 

Lazımi tibbi yardım göstərildikdən sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Elnur Ağabalayev (zərərçəkən): "Axşam atam işdən gələndə qabağına çıxdım, qaranlıq idi. Xəbərim olmadı, ilan sancdı".

--------

09:39

Şəkidə 37 yaşlı kişini ilan sancıb.

Milli.Az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 21-i saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1980-ci il təvəllüdlü Elmar Mahir oğlu Ağabalayev ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, E.Ağabalayev ailəsinə məxsus əkin sahəsində iş görən zaman ilan qəfildən onun sol ayağının baş barmağından sancıb.
 
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elmar Ağabalayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə gənci ilan sancdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.