Ölkə

Cəlilabaddakı "İran bazarı"ında GÜCLÜ YANĞIN: xəsarət alanlar var - YENİLƏNİB - FOTO

21 İyun 2017 21:33
0 Şərh     Baxış: 2 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:33

Cəlilabad şəhərində ümumi sahəsi 4600 m2 olan "Cəlilabad" ticarət mərkəzinin  dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə, içərisində olan müxtəlif mağazalar və əşyalar 400 m2  sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

---------

20:41

Cəlilabadda bazarda baş verən yanğın lokallaşdırılıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, artıq yanğın söndürülmək üzrədir.

Təkcə bir mağazada alov müşahidə olunur. İlkin məlumata görə, yanğın zamanı 16 mağaza içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Qeyd edək ki, hadisə zamanı bir nəfərdə xəsarət alıb.

----------

20:00

Cəlilabadda baş verən yanğının əhatə dairəsi genişlənib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, əraziyə Cəlilabadla yanaşı qonşu Masallı və Biləsuvar rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib.

Artıq 10 mağaza yanaraq sıradan çıxıb. Yanğın zamanı bir nəfərin xəsarət aldığı deyilir.

----------

19:42

Milli.Az xəbər verir ki, yerli sakinlərin report-a verdiyi məlumata görə, yanğın zamanı 15-ə yaxın ticarət obyekti içindəki əşyalarla birlikdə yanaraq kül olub. 

Hadisə yerinə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və onun müavini Vidadi Dövlətov da gəlib.

----------

19:01

Cəlilabadda bazarda yanğın baş verib.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Cəlilabad rayonu ərazisində yerləşən, "İran bazarı" kimi tanınan ərazidə qeydə alınıb.

Cehiz  əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.

Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Küləkli hava yanğının söndürülməsinə mane olur.

Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.

-----------

18:58

Cəlilabad rayonunda "İran bazarı" kimi tanınan bazarda güclü yanğın başlayıb. 

Milli.Az xəbər verir ki, bu barədə report-a rayon sakinləri məlumat verib.

Bazarda başlayan yanğının söndürülməsi üçün hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.