Ölkə

"Hacıkəndə dəymiş ziyan hesablanır" - AÇIQLAMA - VİDEO - FOTO

21 İyun 2017 11:32
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən axşam saatlarında Gəncənin Hacıkənd qəsəbəsinə yağan leysan yağışı və dolu nəticəsində 116 evə ziyan dəyib.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a Hacıkəndin icra nümayəndəsi Hümbət Hüseynov məlumat verib. 

Onun sözlərinə görə, hazırda sakinlərə dəymiş ziyan hesablanır: "116 evin dam örtüyü dağılıb. Maşınlara, fərdi təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Hazırda qəsəbədə iş aparılır, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Dəyimiş ziyan müəyyən edilir. Ziyanın məbləği araşdırma bitdikdən sonra məlum olacaq".

Qeyd edək ki, Qərb bölgəsində müşahidə olunan leysan yağışları ötən gün Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib. Dolunun ölçüsü 3 sm-ə çatıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub, təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dolu və sel Hacıkəndə ciddi ziyan vurub

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.