Ölkə

Qusarda 5 yaşlı qızını zəhərləyən ana: "Birdən beynimə düşdü" - YENİLƏNİB

21 İyun 2017 13:45
26 Şərh     Baxış: 5 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:45

Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Hil kəndində yerləşən fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luizanı zəhərləyəndən sonra peşman olubmuş. Belə ki, bir neçə gün əvvəl 5 yaşlı Luiza səhər saatlarında yuxudan qalxandan sonra anası ona yemək verib. Bu zaman qadın uşağa verdiyi südün içinə ziyanvericilərə qarşı istifadə edilən kimyəvi məhlul qarışdırıb. Az sonra uşağın halı pisləşib. Bunu görən Gülnarə ferma sahibinin yanına qaçaraq kömək istəyib və onun maşını ilə uşağı Qusar xəstəxanasına çatdırmağa çalışıblar. Lakin artıq gec olub, 5 yaşlı qız yolda keçinib. Xəstəxanadakı müayinədən sonra uşağın öldüyü dəqiqləşib və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəyyən şübhələr olduğundan uşağın qanından və digər toxumalardan nümunələr götürülərək ekspertizaya təqdim edilib. Ekspertizanın nəticəsi azyaşlının zəhərlənməsini üzə çıxarıb.

Dünən Luizanın anası Gülnarə Saypullayeva izahat verməsi üçün çağırılıb və bu zaman o, törətdiyi cinayəti etiraf edib. Lakin qadın yeganə övladını niyə öldürməsinə məntiqi izah tapa bilməyib: "Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim".
 
Qadının psixoloji vəziyyətini qiymətləndirmək üçün müvafiq ekspertiza təyin edilib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

-------------

12:33

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.

Milli.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

---------

10:05

Qusarda azyaşlı qətlə yetirilib.

Milli.Az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, bir neçə gün əvvəl Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.
 
Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.
 
G. Saypullayeva tutulub, faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.