Ölkə

Gələn il Formula 1 üzrə rekord sayda yarış olacaq

20 İyun 2017 17:49
0 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən növbəti Formula 1 yarışı ərəfəsində 2018-ci ilin təqvimi açıqlanıb.

2018 Formula 1 Azərbaycan Qran Prisi gələn il 27-29 aprel tarixlərində keçiriləcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Milli.Az-a verilən məlumata görə, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoidman üzrə Ümumdünya Şurasının İsveçrənin Cenevrə şəhərində baş tutan görüşü zamanı 2018 FIA Formula 1 Dünya Çempionatının təqvimi təsdiqlənib.

Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxt Bakıda keçiriləcək. Bununla da Azərbaycan Qran Prisi gələn il ilk 2 ilin təqvimdəki yeri ilə müqayisədə daha əvvəldə qərarlaşıb. Ardıcıl iki il F1 yarışına iyun ayında ev sahibliyi edən Bakı Şəhər Halqası (BŞH) üçün 27-29 aprel tarixləri önəmli dəyişiklikdir.

Yeni təqvimin ilkin versiyasında digər maraqlı dəyişikliklər diqqətdən qaçmır. Belə ki, 2016-cı ildə olduğu kimi 2018-ci ildə də rekord sayda yarış - 21 Qran Prinin keçiriləcəyi gözlənilir. 

"Yarış təşkilatçılarının daha çox hazırlıq vaxtlarının olması üçün gələn ilin təqvimini vaxtından əvvəl yekunlaşdırmaq istəyirdik və FİA ilə yaxın əməkdaşlıq nəticəsində buna nail ola bildik," - deyə Formula 1-in rəhbəri Çeyz Keri 2018 F1 təqviminin ilkin versiyasının elanından sonra mətbuata verdiyi açıqlamasında bildirib.

Ç.Keyz əlavə edib: "Hazırki yarış təşkilatçılarımıza hər bir yarışın xüsusi tədbir olduğunu göstərmək və həmçinin ən vacib tərəfdaşımız olan Formula 1 həvəskarları üçün hər bir yarışı unikal və yaddaqalan etmək istiqamətində var gücümüzlə çalışırıq. Əgər buna nail olsaq, bütün Formula 1 ailəsi bundan faydalana biləcək".

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.