Ölkə

"Fəsil anlayışının aradan qalxacağı barədə fikirlər təsdiqini tapır"

20 İyun 2017 13:58
0 Şərh     Baxış: 1 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə iqlim dəyişmələri nəticəsində fəsil anlayışlarının olmayacağı ilə bağlı fikirlər öz təsdiqini tapır. Bununla bağlı vaxtilə açıqlamalarımda bildirmişdim. Lakin bu fikirlər təkcə mənim deyildi. BMT-in iqlim dəyişmələri ilə məşğul olan qurumunun 2013-2014-cü illər üzrə hesabatında qeyd olunmuşdu ki, tədricən fəsil anlayışları sıradan çıxacaq, ilin yay fəslində 40 dərəcə isti, növbəti gün şaxta da görmək mümkün olacaq.

Milli.Az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
 
R. Məmmədov təəssüflə bildirib ki, yaxşı olmayan proqnoz özünü doğrulmağa başlayıb və son 2-3 ildə Azərbaycanda da özünü daha aktiv biruzə verməyə başlayıb: "Xalq arasında da belə fikirlər var ki, sanki ölkədə birdən-birə qışdan yaya keçilir, pencəkdə gəzməyə vaxt olmur". 
 
İnstitut direktoru vurğulayıb ki, iqlim dəyişmələri zamanı havanın temperaturunun artması nəticəsində Azərbaycanda bir çox bitkilərin, xüsusən subtropik bitkilərin yetişdirilməsi üçün əlavə imkanlar yaranacaq: "Bu yaxşı əlamətdir. Ancaq digər tərəfdən temperaturun artması torpaqda buxarlanmanın çoxalması və bunun nəticəsində şoranlaşmasına gətirib çıxara bilər. Bunun da qarşısını almaq mümkündür. Müasir suvarma üsulları, su ehtiyatlarından səmərəli istifadə etməklə bu problemi həll etmək olar. İqlim dəyişmələri, fəsillərin gələcək vəziyyəti ilə bağlı artıq müəyyən proqnoz verilib. Sadəcə, baş verəcək dəyişikliklərə adaptasiya olmaq lazımdır. Hər bir ölkə adaptasiya tədbirləri hazırlamalı və görməlidir. Azərbaycanda bildiyim qədər bu istiqamətdə qabaqlayıcı işlər görülür".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.