Ölkə

Əli Əhmədovdan sahibkarlara XƏBƏRDARLIQ

20 İyun 2017 12:08
Baxış: 1 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan hökuməti çalışır ki, vətəndaşların pensiya hüquqları indidən pozulmasın. Həmin şəxslər gələcəkdə onlara düşməli olan pensiyanı ala bilsinlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşdə deyib.

Ə.Əhmədov bildirib ki, sahibkarlarla görüşün məqsədi də ondan ibarətdir ki, müzakirələr aparıb bu vəziyyətin aradan qaldırılması üçün tədbirlər görülsün:

"Əks halda, gələcəkdə vəziyyət belə olacaq. Siz bu gün işlədib sosial ödənişlərini ödəmədiyiniz insanları gələcəkdə dövlət sizin üzərinizə göndərəcək ki, vaxtında onların pensiya haqqını ödəməmisiniz. Onda bu şəxslər sizi məhkəməyə verəcək. Belə olan halda çox gərgin vəziyyət yaranacaq. Ona görə də dövlət çalışır ki, indidən bu problemlərin qarşısını alsın. Hökumətin istəyi və tələbi ondan ibarətdir ki, sahibkarlar çalışdırdığı insanların əmək hüquqlarını tam təmin etsinlər, həm bu günkü haqlarını, həm də gələcəkdə istifadə etməli olduqları pensiya hüquqlarını təmin etsinlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.