Ölkə

Bakıda əxlaqsız qadınlar turistin başına oyun açdılar

20 İyun 2017 11:12
10 Şərh     Baxış: 5 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub. Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub.

Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.

Gecə yarısı polisə müraciət edən iraqlı turist olan-qalan pulunun qadınlar tərəfindən oğurlandığını və çıxılmaz vəziyyətdə qaldığını bildirib. O, həmin şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsini və oğurladıqlarını geri qaytarmasını xahiş edib.
 
Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.