Ölkə

Azərbaycanda tanınmış alim oğlunun məhkəməsi başladı - FOTO

19 İyun 2017 17:27
1 Şərh     Baxış: 927

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə iclasında zərərçəkmişlərdən biri Nailə Nəsirova 40 min manat məbləğində zərər dəyidiyini bildirib. O, zərərin ödənilməsini tələb edərək, növbəti məhkəmə iclasında mülki iddia qaldıracaqlarını söyləyib.

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

İttiham aktına əsasən, "İG Academy" xaricdə təhsil şirkətinin rəhbəri olmuş E.Quliyev vətəndaşlardan külli miqdarda pul alaraq, onları xaricdə təhsil alması üçün gərəkli xidmətlər göstərəcəyini vəd edib. Cinayət işində 6 zərərçəkmiş var. O, 200 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

E.Quliyev ötən ilin iyul ayının 12-də zərərçəkmiş Nailə Əkbər qızı Nəsirovanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) BAŞ Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

E.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, E.Quliyev tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 17:5700

    Uz qarası övlad o cur atası olana hec yaraşarmı bu cur dələduzluq etmək?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.