Ölkə

Bakı və Abşeronda TƏHLÜKƏLİ VƏZİYYƏT: Çökmə və uçqun baş verdi

19 İyun 2017 16:05
0 Şərh     Baxış: 1 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftənin sonu atmosfer yağıntılarından sonra Bakı və Abşeron yarımadasındakı sürüşmə sahələri aktivləşib, bəzi yerlərdə çökmə və uçqun prosesləri baş verib.
 
Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya deyib ki, Zığ sürüşmə sahəsində çatların ölçülərində genişlənmələr müşahidə olunub. Onun sözlərinə görə, Masazır qəsəbəsində Qır gölünün ətrafında sürüşmə sahəsinin özündə aktivləşmə əmələ gəlib: "Əraziyə baxış zamanı yuxarıda yerləşən təsərrüfat sahələrindən, yaşayış evlərindən təsərrüfat sularının, habelə yağış sularının yamacboyu süzülərək göl istiqamətində yer səthinə çıxışı izlənilir. Bunun da hesabına sürüşmə prosesinin aktivləşməsi müşahidə olunur. Eyni zamanda, ərazidə çökmə prosesi də baş verib".
 
R. Həsənov qeyd edib ki, Masazır qəsəbəsində Zəli gölü deyilən ərazidə sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb: "Torpaq qatında olan çatların genişlənməsi müşahidə olunub, lokal sahələrdə uçqun prosesi baş verib". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.