Ölkə

Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilmə asanlaşdı

19 İyun 2017 13:53
0 Şərh     Baxış: 987

Əgər əvvəllər dövlət qulluğunda yüksəliş üçün iki yol - daxili və ümumi müsahibə keçirilməsi müəyyən edilmişdisə, indi artıq sertifikat əldə etmiş namizədin bu iki yola ehtiyacı olmadan daha yüksək vəzifəyə təyin edilməsi şansı var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov deyib.

V.Əsgərov deyib ki, yeni dövlət qulluğu modeli sertifikasiya sistemi ilə bağlıdır.

Onun sözlərinə görə, yeni modelə əsasən, vətəndaşlar dövlət qulluğuna test imtahanlarının nəticələri əsasında sertifikatla qəbul olunacaqlar. Bu sertifikatın qüvvədə olma müddəti 5 il olacaq: "Şəxs inzibati vəzifələrə uyğun olaraq sertifikat alacaq. bu sertifikat yalnız həmin vəzifə üzrə deyil, həmin vəzifənin alt qrupuna daxil olan bir neçə vəzifə üzrə də keçərli olacaq. Misal olaraq, nazirlikdə baş məsləhətçi vəzifəsində olan şəxs 5 il ərzində baş məsləhətçi vəzifəsi ilə yanaşı, bu vəzifədən aşağı olan digər vəzifələr üzrə də müsahibələrdə iştirak etmək hüququ əldə edəcək. Yeni sistemin üstünlüyü ondan ibarətdir ki, artıq vətəndaş bir vəzifə üzrə deyil, ondan aşağı olan və sertifikatla nəzərdə tutulan digər vəzifələr üzrə də keçirilən müsahibələrdə iştirak edə biləcək. Bu dövlət qulluğuna qəbulun asanlaşdırılması baxımından mütərəqqi addımdır".

V.Əsgərov qeyd edib ki, dövlət qulluğunda işə qəbul müsabiqəsi DİM tərəfinfən elan ediləcək. Test imtahnında uğur qazananlar üçün müsahibələr DİM nümayəndəsinin iştirakı ilə aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.