Ölkə

Nigar Camal azadlıqdan məhrum edilə bilər

19 İyun 2017 13:32
15 Şərh     Baxış: 5 960

"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarıyla bağlı qalmaqala səbəb olacaq status yazıb. Statusun ən çox müzakirə olunan cümləsi isə budur:

"DYP - axır zamanlar çox qudurublar".

Bəs, görəsən, bu təhqirə görə tanınmış sənətçini hansı cəza gözləyə bilər?

Milli.Az xəbər verir ki, ölkə.az bununla bağlı hüquqşünasların fikrini öyrənib.

Hüquqşünas Ruslan Əhmədoğlu bildirir ki, qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, internet üzərindən təhqir və ya şərəf və ləyaqətin alçaldılması cinayət məsuliyyəti yarada bilər:

"Bunu bilərəkdən ümumi polis əməkdaşları haqqında ümumi qaydada yazdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələyə qarışa və Nigar Camal məsuliyyətə cəlb edilə bilər. Bununla yanaşı, əgər Nigar Camala qarşı hər hansısa hüquq pozuntusu var idisə, DİN-in qaynat xəttinə müraciət edərək şikayət edə bilərdi. Hər bir halda Nigar Camal yol polisi əməkdaşları barədə ümumi formada o cür təhqiramiz ifadə işlətməməliydi".

Digər hüquqşünas Vüqar Səfərli isə hesab edir ki, məsələ ilə bağlı zəruri qeyd etməli məqamlar mövcuddur:

"Belə ki, Polis Haqqında Qanunun 7-ci maddəsinə görə polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.

II. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.

III. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Onunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə gorə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Raf · 19 İyun 13:38117

    Nigara hecne ede bilmezsiz

    Cavab yaz
  • Anonim
    Vətəndaş · 19 İyun 13:43163

    Polis isçisinin vətəndaşı incitməyi qnun pozuntusu deyil?

    Cavab yaz
    • Anonim
      Aydlndl · 19 İyun 14:5231

      Gece avtomobili saxlatdlrlb alkoqol test eletdirmek vetendawl incitmekdi?Sen kimiler ichkili mawln surub hadise etmesin deye polis gece yatmlr yollarda olur.O ki qaldl nigara.Nigara ichkili halda chox hormet olunub yola verilib kaw olunmayaydl.Bele elemeyinin sebebi de gun ona pratakol tertib olunmagldl.

      Cavab yaz
      • Anonim
        Kanan · 19 İyun 16:0110

        san 100% dyp san)))

        Cavab yaz
      • Anonim
        Aydina · 19 İyun 23:0420

        Ickili halda heckime hormet olunmamalidir.Reyd icazesi olmadan hec bir dyp iscisinin ixtiyari yoxdu kimise saxlayib ickili olub olmamagini yoxlasin.Icazesi olmalidir.sen pulnan mal qarani satib qaiye ise duzelmisen 100% get qaydalari oyren.Senin kimilerdi milleti nahaq yere inciden.

        Cavab yaz
        • Anonim
          Aydina · 19 İyun 23:3201

          Men senin kimi qailere masin saxlamiram.Saxlasamda mirt tuturam))

          Cavab yaz
          • Anonim
            Aydlndl · 20 İyun 15:2800

            Qai nedi ay choban?sen mawln saxlamlrsan?yalan danlwan namerddi.

            Cavab yaz
  • Anonim
    Namiq · 19 İyun 13:4545

    Yox onu hebs etmeyin yazuqdi.ancaq cerime kese bilersiniz.en azindan dovlet orqaninin emekdaslarini tehqir edib.insan gerek basindan yuxari tullanmasin.

    Cavab yaz
    • Anonim
      F. · 19 İyun 14:1701

      Memur ve ya polis ferqi yox vezife ohdeliklerini ve davranish qaydalarini bilmesi chox vacib. Eks halda bele anlashilmazliqlar bash verir...

      Cavab yaz
  • Anonim
    Molla · 19 İyun 14:1243

    Nigar xanim cox duz deyib ypx elinden masin idare etmek olur artiq bezmisik

    Cavab yaz
  • Anonim
    ANONİM · 19 İyun 14:3624

    Tutun basın içəri aglı basına gəlsin dilinə sahib çıxsın

    Cavab yaz
  • Anonim
    Zeo · 19 İyun 14:4341

    Halaldı Nigara.

    Cavab yaz
  • Anonim
    Tenqidçi · 19 İyun 14:4373

    Bütün polislere şexsi hörmetim var ALLAH polislere kömek olsun.polisler olmasa bezi insanlar bize rahat yaşamaqa imkan vermazlar.Ümumiyyetle herbiçilere ve DiO-nun bütün emekdaşlarina şexsi hörmetim var.onlar öz xalqın yani bizim rahatliqimiz üçün xidmet gösterirler.

    Cavab yaz
  • Anonim
    Mollaya · 19 İyun 18:4221

    Molla polis olmasa bir birivizin etini yeyersiniz

    Cavab yaz
  • Anonim
    Huseyn · 20 İyun 00:5900

    Polisler vetendashlardan esaasiz yere saxlayib rushvet teleb edirler. Xahish edirem cox ciddi tedbirler gorun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.