Ölkə

7 kiloqramdan artıq qızıl külçənin ölkədən çıxarılmasının qarşısı alındı - YENİLƏNİB - VİDEO - FOTO

19 İyun 2017 21:35
1 Şərh     Baxış: 1 976

12:40

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük  postunda Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi "Toyoto Prado" markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin motorxanasında - avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Bundan sonra avtomobilə əsaslı baxış keçirilib və Cəfərov Vidadi Feyzulla oğlundan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub. O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib.
 
Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.
 
Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.
 
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

-----------

21:35

Videonu izləmək üçün şəklə klikləyin:

7 kiloqramdan artıq qızıl külçənin ölkədən çıxarılmasının qarşısı alındı

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Yashar · 19 İyun 13:2510

    Belesine deyirler yimedin getdin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.