Ölkə

"Formula 1" yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq

19 İyun 2017 12:44
0 Şərh     Baxış: 868

Bakı Nəqliyyat Agentliyi 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat fəaliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, "Bakı Şəhər Halqası" Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb.  Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək  sərnişinlərə xidmət göstərəcək.
 
Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.