Ölkə

Polis tərəfindən saxlanılan sabiq prorektor sərbəst buraxıldı - YENİLƏNİB

19 İyun 2017 13:47
0 Şərh     Baxış: 2 943

13:47

Azərbaycan Müəllimlər İnstitutunun polis tərəfindən saxlanılan sabiq prorektoru sərbəst buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya sabiq prorektor Rahim Əzizov özü məlumat verib.

O qeyd edib ki, ötən gün polis ifadəsini almaq üçün onu saxlayıb: "Abşeron rayon Polis Şöbəsində aparılan cinayət işi ilə bağlı bir müddət əvvəl polis mənim qeydiyyatda olduğum ünvana çağırış göndərib.

Lakin mən həmin ünvanda yaşamadığım üçün çağırış barədə məlumatsız olmuşam və polis barəmdə axtarış verib. Ötən gün ifadə vermək üçün Abşeron rayon Polis Şöbəsinə dəvət olunmuşam, ifadəm alındıqdan sonra sərbəst buraxılmışam".

----------

10:38

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, R.Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.