Ölkə

"Qocalar evində darıxmazsan" - Övladları 75 yaşlı qadını küçəyə atdılar

19 İyun 2017 09:52
11 Şərh     Baxış: 1 787

Böyük oğlum öləndən sonra gəlin evi əlimdən aldı, məni küçəyə atdı. Digər oğlum həbsdədir, biri isə içki düşkünüdür. Evdən qovulandan sonra bir həftə küçələrdə qaldım. Sonra kirayə ev tutdum, bu dəfə də bütün pulumu kirayəyə ödədim, təqaüdüm çörək almağa belə yetmədi....

Milli.Az xəbər verir ki, bunu virtualaz.org-a saytına Şəmkir rayon sakini, 75 yaşlı Nəsibə Əliyeva deyir. Hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayan N.Əliyeva qonşuların tövsiyəsi ilə son pulunu avtobusa verib, Bakıya gəlib. Ona verilişlərin birinə çıxıb dərdini danışmaq təklif olunub. "Dedilər ki, dərdini danışandan sonra səni Qocalar evinə yerləşdirəcəyik. Amma veriliş bitdi, küçədə qaldım. Mənə dedilər ki, hələ uzun müddət gözləməlisən",-Nəsibə Əliyeva deyir.

Həyat yoldaşı öləndən sonra kənddə təsərrüfatda çalışan 75 yaşlı qadın 4 övlad böyüdüb. Övladının biri dünyasını dəyişib. "Həyat yoldaşım öləndən sonra təsərrüfatda çalışdım, övladlarımı böyütdüm. Amma oğlanlarım içki düşkünü oldu, mənə sahib çıxmadılar. Şəmkirdə yaşayan oğlum ailəsinə, uşaqlarına belə sahib çıxmır. Təsəvvür edin ki, təqaüdümü alıb içkiyə xərcləyirdi, dərman almağa imkanım olmurdu",- N.Əliyeva başına gələnləri söyləyir.

Qızı anasının Qocalar evinə yerləşdirilməsinə razıdır, amma Nəsibə Əliyeva onun günahsız olduğunu deyir. "Qızımın iki övladı var, qaynata-qaynana ilə birgə yaşayır. Onların maddi imkanı yaxşı deyil. Mənə dedi ki, imkanım olsaydı sənə baxardım, amma maddi sıxıntımız var. Yəqin ki, Qocalar evində darıxmayacağam, orada məni heç kim incitməyəcək. Heç olmasa qarındolusu yemək verəcəklər. Bəzən gəlinim oğlumla dalaşırdı, həmin gün mənə yemək vermirdilər. Deyirdi ki, "yaxşı ana olsaydın, oğlun içməzdi, ailəsinə baxardı". Bilirəm ki, düz deyir, artıq kimsəyə möhtac olmaz istəmirəm",-N.Əliyeva söyləyir.

Qonşuların yemək, geyim təklifinə razılaşmayıb. Deyir ki, oğlanlarını əzdirmək istəməyib. Qonşular hər dəfə oğlanlarını söyəndə içi göynəyib: "Qonşular mənə bir qab yemək verirdilər, amma heç kimə möhtac olmaq istəmirdim. Küçədə gecələyəndən sonra vəziyyətim pisləşib, hər gün dərman qəbul edirəm. Hər gün birindən yardım gözləyərək yaşamaq çətindir, ölmək istəyirəm, ölüm də məndən yan qaçır".

Qadın sığınacaqda yeməklə, yataqla təmin edilib. Amma uşaqlarla birgə qalmağın çətin olduğunu deyir. "Uşaqlarla eyni otaqda qalıram, bəzən gündə iki dəfə təcili yardım çağırırlar. Uşaqları da narahat edirəm. Küçədə kimsəsiz ölmək istəmirəm, tək istəyim Qocalar evinə getməkdir. ",-qadın kömək istəyir.

N.Əliyevanın övladları ilə əlaqə saxlanılıb, onun sığınacaqda yerləşdirildiyini deyiblər. Lakin qadının gətirildiyi 20 gün ərzində bir dəfə də olsun zəng vurub maraqlanan olmayıb. "Mənim onlardan gözləntim yoxdur, dövlətin verdiyi təqaüdlə belə qarşıma bir qab yemək, su qoymayan övladları istəmirəm" desə də, hər qapı açılanda ayağa qalxıb, "gəldilərmi" soruşur...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    $.$.$. · 19 İyun 09:5800

    Nankor övladlar Allah bəlanızı verəcək aqsaclı ananı cölə atan övladlari televiziya ilə ictimaiyyətə göstərib biabır etmək lazımdır ki başqalarina örnək olsun AQ VALİDEYN OLMASINLAR!

    Cavab yaz
  • Anonim
    $.$.$. · 19 İyun 10:0600

    hörmətli moderator niyə mənim şərhlərimi vermirsiniz ?

    Cavab yaz
  • Anonim
    adsız · 19 İyun 10:0911

    allah o gelini nece bilir ezabını versin ay vicdansız gelin dünya malı dünyada qalacaq o qocanı niye atırsız ay seviyesiz gelin o anadı oda bizim kimi zülümnen bala saxlıyıb ki bu günkü günü ona baxasız allah belanızı versin

    Cavab yaz
  • Anonim
    Robert05 · 19 İyun 10:1400

    Allah kömeyi olsun.İmkanı olmayanlarin üreyi ağriyir nese ede bilmediyine göre imkani olanlarinda coxunun üreyi bele yoxdur

    Cavab yaz
  • Anonim
    seide · 19 İyun 10:1520

    Can ay ana.Senin ne gbaxin varidiki zulum zulum övlad böyut axirinda qocalar evi cooox pis oldum agladim qurban olum anama 85 yawi var allah bawimizdan eskiy etmesin qardawimada qurban olum ona baxir biz qizlarida gedib gelirik yanina nece lazimdiqulluq edirik.Here öz qocasina baxsa hec qocalar evi olmaz

    Cavab yaz
  • Anonim
    Kenan Goycay · 19 İyun 10:2300

    Agvalideyin ovladlardi Allah onlara ele bir ezab verecek olmayan kimi, Allah bizleri qorusun bele rezillikden

    Cavab yaz
  • Anonim
    ana · 19 İyun 10:3010

    yaxşı oglanlar beledi bes qız. Anaya qızı baxmalıdı.sabah sende bu vəziyyətə düşə bilərsən.Anadan qiymətli dünyada heç ne ola bilməz.həyat yoldaşı,uşaqlar,qaynana,qaynata hər vaxt qazana bilərsən ancaq ana bir dəfə gəlir dünyaya

    Cavab yaz
  • Anonim
    ded183 · 19 İyun 10:3910

    Çox pis oldum... İnsanın taleyina bir bax, Allah bilir, uşaqlarını dünyaya gətirəndə nə arzuları olub...

    Cavab yaz
    • Anonim
      ana · 19 İyun 12:0300

      bütün analara tövsiyyəm, hökmlü olun ki bu vəziyyətə düşməyək

      Cavab yaz
  • Anonim
    ferid025 · 19 İyun 11:1110

    ALLAH bele ovladlari niye heyata getirib desem ALLAHIN iwine qariwmiw olaram ama insan ne qeder qeddar qansiz olmalidiki oz dogma anasini sene heyata getiren qadini atasan kuceye soz tapmiram yazmaga insan var ana ata hesretin cekir insanda var anasindan imtina edir heyat bumeranqdi

    Cavab yaz
  • Anonim
    DD · 19 İyun 23:5200

    Serhimi verin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.