Ölkə

Belə sudan zəhərlənmək olar? - Girişi qadağan olunan su anbarı - VİDEO

17 İyun 2017 12:45
2 Şərh     Baxış: 2 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

On gün bundan əvvəl Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında baş verən kütləvi zəhərlənmə hadisəsi ölkənin əsas gündəminə çevrilib. Qoyulan diaqnoza əsasən, zəhərlənmə səbəbinin sudan qaynaqlanan Rotavirus xəstəliyi olması əhalinin narahatlığına səbəb olub.

Bundan əlavə, mütəxəssislərin "krandan su içməyin", "ərzaqları, meyvələri qaynamamış su ilə yumayın" kimi həyəcanlı cümlələri narahatlığımızı birə-beş artırıb.  

Milli.Az xəbər verir ki, qafqazinfo yayılan həyəcan dolu xəbərlərə aydınlıq gətirmək üçün Bakını və ətraf qəsəbələri suyla təmin edən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub. Burada abonentlərə verilən suyun ilkin emal prosesindən son ana qədər keçdiyi bütün mərhələləri lentə aldıq. İlk dəfə olaraq girişi qadağan olsa da, son proses olaraq istehlakçılara  ötürülən "Təmiz su anbarı"na da daxil olduq.  

Qeyd edə bilərik ki, içdiyimiz suyun emal prosesi insan əli dəymədən avtomatlaşdırılmış online sistem vasitəsilə idarə olunur. Emal prosesinin hər hansı mərhələsində problem aşkarlandığı halda yenə də  sistem vasitəsilə məsələ öz həllini  tapır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Belə sudan zəhərlənmək olar? - Girişi qadağan olunan

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.