14:24
Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Milli.Az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
-----------
11:26
Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
"Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq", - deyə məlumatda vurğulanıb.
Milli.Az