Ölkə

Məhkum həyatı yaşayan sənət adamları - SİYAHI

17 İyun 2017 10:14
19 Şərh     Baxış: 15 496

Şou-biznes nümayəndələrinin bir çoxları və onların qohumlarının eləcə də meyxanaçıların adı bu kimi hadisələrdə tez-tez hallanır. Bir çox hallarda isə məşhurlarımızın ailə üzvləri cinayətə bulaşır və həbsxana həyatı yaşamalı olur.   Bu siyahıya narkotik istifadə edən, borcu olan, adı fırıldaqçılıqda hallanan, zor tətbiq edən məşhurlar aiddir. 

Milli.Az lent.az-a istinadən son illərdə adı cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurların siyahısını təqdim edir:

Meyxanaçı Bayram Kürdəxanlı barəsində Cinayət Məcəlıəsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs olunub. Qeyd edək ki, tanınmış meyxanaçı  bir neçə gün əvvəl azadlığa çıxıb.

Şou-biznesdə bir vaxtlar "at oynadan" prodüsser Nahid Emiloğlunun da adı dələduzluqda hallanır. Onu dələduzluqda ittiham edən şəxs Xalq artisti Aygün Kazımovadır. Xalq artisti mətbuata açıqlamasında N.Emiloğlunun ona pul "atdığını" bildirib. Müğənni prodüsseri dələduzluqda ittiham edib.

Azərbaycanı ilk  "Eurovision" mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqladığına görə həbs olunub və iki ilə yaxın dəmir barmaqlıqlar arxasında yatıb.

Maral Tahirqızı təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Tanınmış rejissor Aqil M.Quliyev 2013-cü ildə 1 il 6 ay müdətinə həbs cəzasına məhkum edilib. Buna səbəb rejissorun aldığı pulu geri qaytarmaması olub.

"Azəri qızı" Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu "avtoşluq" etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.

Teleaparıcı İlham Mirzəyev  dələduzluq ittihamı ilə həbs olunub. İttihama əsasən, teleaparıcı direktoru olduğu "İlhamed" tibb mərkəzində Aynur Əhmədova adlı vətəndaşa cadugərlik yolu ilə yalan vədlər verərək, onun 3000 avro pulunu mənimsəyib. Bakı Apelyasiya Məhkəməsinin hökmü ilə 3 il 6ay müddətinə azadlıqdan məhrum edilib.

Tanınmış reper Elşad Xose isə narkotikdən müntəzəm istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.

Meyxanaçı Vahid Qədimə dələduzluq maddəsi ilə axtarış elan olunub. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham edilib.

Daha bir reper, mərhum Hüseyn Dərya  narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb. Bir neçə dəfə eyni əməli təkrarladığına görə həbs olunan reper 2014-cü ilin martında dünyasını dəyişib. /a24/

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Efqan · 17 İyun 10:2641

    Anar Nagilbaz hani bes ? Oda mehkumluq heyati yaşayib menim fikrimje

    Cavab yaz
  • Anonim
    Ahu · 17 İyun 10:3180

    Men samir cavadzadeni bilmirdim.

    Cavab yaz
  • Anonim
    Ahu · 17 İyun 10:3241

    Men samir cavadzadeni bilmirdim.

    Cavab yaz
  • Anonim
    Lady · 17 İyun 10:5131

    Men Aqil M.Quliyevi bilmirdim

    Cavab yaz
  • Anonim
    Qusarlı · 17 İyun 11:0581

    Bunların işi gücü yoxduye deyəsən. bizim nəyimizə lazımdı bular.adamın başına iş gələr də.hər kəsin həyatında bir səhv var siz də açıb tökürsüz hamısını.kimisi həbsdə yatdı.kimisi boşanmış arvad aldı kimisi neçə dəfə ərə getdi....

    Cavab yaz
  • Anonim
    · 17 İyun 11:0684

    Huseyn Deryadan el cekin!! O artiq heyatda yoxdu ve onun heyatini mehv edenlerin Allah cezasini bir bir verir!!

    Cavab yaz
  • Anonim
    ..... · 17 İyun 14:1112

    Yuxusuzluqdan əziyyət cəkənkərdir, yatıblar lap yaxsı. Barı yuxudan doyublarmı?

    Cavab yaz
  • Anonim
    naza · 17 İyun 14:3480

    Həyatda heç kim, heç nədən sığortalanmayıb. Heç kim deməsin ki, mənə həyatda heç nə olmayacaq. Onu bir Allah bilir, səni həyatda nə gözləyir.

    Cavab yaz
    • Anonim
      mışkin · 17 İyun 17:2630

      əllərindən öpürəm

      Cavab yaz
    • Anonim
      ..... · 17 İyun 18:2830

      Naza dogrudur, hec kim sığortalanmayıb. Amma baxır nə ustundədusəsən. Agılsızlıqdan dusenləri deyirəm

      Cavab yaz
    • Anonim
      ..... · 17 İyun 18:3020

      Gedib narkotika ustundə, ogurluq ustundə, camaata pul atmaqda təqsirli olmaq basqa, məsələn namus ustdə, bu kimi seylərdə basqa.

      Cavab yaz
    • Anonim
      ..... · 17 İyun 18:3110

      Kohnə narkuşa olmur. Elə basladısa, omur boyu elə gedəcək. Su sənəyi suda sınar

      Cavab yaz
      • Anonim
        · 17 İyun 21:5411

        Bu gun narkuwa deye lag edirsen sabah senin ve yaxud yaxinin bu veziyyete duwse onda gorek ne edeceksen.Qurani bilirsense hec olmasa orda yazilan surelerdeki ayeleri oxuyub anlayardin ki, tenenin sonraki aqibeti nece olur.Bawindan boyuk daniwanlari cox gormuwuk indi bawlari awagi dolanirlar.

        Cavab yaz
    • Anonim
      ..... · 17 İyun 18:3322

      Kef elə, 4 yanımda qız gəlinlərlə kef elə. Buna nə ad verək? Bu yaxsı oglandır? O vaxtdan saglığında zəhləm getmisdi həm buna gore, həm də narkusa oldigu ucun. Allaha xatir Allah rehmet etsin.

      Cavab yaz
      • Anonim
        Anonim F · 17 İyun 19:2910

        Sen isinle mesgul ol. Sene de bu soz aiddi:İt hurer karvan kecer!

        Cavab yaz
      • Anonim
        Anonim F · 17 İyun 19:3010

        Onun senden otru ureyi gedirdi

        Cavab yaz
      • Anonim
        Namiq · 17 İyun 23:0000

        Gelin demirdi axı 1x5 qoyma heç olmasa.

        Cavab yaz
  • Anonim
    Niko · 17 İyun 23:0720

    Ay sayt jurnalisleri .... huseyn deryanin adin niye yazmisiz ? Allah rehmet elesin . Olanin daliyca daniwmazdar ..... o geder sag salamat gezib gunde 1000 hoggadan cixan memur balalari varki olardan yazinda .....

    Cavab yaz
  • Anonim
    Arif · 22 İyun 05:3900

    Vahid Qedimi bilmirdim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.