Ölkə

Bu gün buraxılış imtahanları keçirilir

17 İyun 2017 09:05
22 Şərh     Baxış: 1 461

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

Milli.Az xəbər verir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 76636 şagirdin (IX sinif üzrə 43781, XI sinif üzrə 32855) imtahan verəcəyi gözlənilir.

Buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 90 imtahan binası ayrılıb.

Bu gün 43781 (Bakıda 32267, Sumqayıtda 4362, Abşeronda 3449, Naxçıvan Muxtar Respublikasında 3703) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Bu gün həm də 32855 (Bakıda 24302 , Sumqayıtda 3206, Abşeronda 2378, Naxçıvan Muxtar Respublikasında 2969) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 264 imtahan rəhbəri, 3356 nəzarətçi-müəllim ayrılıb. Hal-hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Baku · 17 İyun 09:1770

    Ugurlar hamisina..

    Cavab yaz
  • Anonim
    Sevda R. · 17 İyun 10:4640

    Sağ-salamat imtahan versinlər hamısı....

    Cavab yaz
  • Anonim
    Həsənli · 17 İyun 15:3600

    9 cu sinifin sualari necə idi deyə bilərsiz

    Cavab yaz
  • Anonim
    Həsənli · 17 İyun 15:3710

    9 ci sinif imtahinda riyaziyatdan nə düşmuşdü deyə bilərsiz

    Cavab yaz
  • Anonim
    Nur · 17 İyun 16:4500

    Nə olar yadınızda qalan suallardan yazında qurban olum. Nolaaar(((. Riyaziyyatdan hansı mövzular düşmüşdü? Çətin idi

    Cavab yaz
    • Anonim
      Ay · 18 İyun 02:0200

      Salam, 11 riyazj cox asand..kesrler, tenlikler. .adi 5-6-7sinf programi.

      Cavab yaz
  • Anonim
    Zzss · 17 İyun 17:3310

    Salam men bugun imtahan vermishem cox asan idi.belkede bezilerine cetin ola biler.Esasen ededi silsile funksiya ucbucaq ebob ekob dushmushdu az dilinden de modal sozler zad

    Cavab yaz
    • Anonim
      Nur · 17 İyun 17:5300

      Yadınızda qalan sualları yaza bilərsiz?

      Cavab yaz
    • Anonim
      zamanova · 17 İyun 18:4500

      Salam azdilinnen ne dusmusdu etrafli yaza bilersiz. Zehmet olmasa

      Cavab yaz
      • Anonim
        həsənli · 17 İyun 20:0700

        yadinizda qalan sulari yaza bilərsiz xaiş eliyirəm

        Cavab yaz
      • Anonim
        Ay · 18 İyun 02:0400

        11 sinfde AZ dili hemcns, iware evezliyi, coxaltma derecesi. Arzu wekli...qisaca cox asand

        Cavab yaz
    • Anonim
      zamanova · 17 İyun 18:4600

      Az dilinnen basqa ne dusmusdu?

      Cavab yaz
  • Anonim
    Nur · 17 İyun 19:4300

    Niyə paxıllıq edirsiz ki? Hər kəsin qiyməti özünədi. Niyə bizim gələcəyimizi məhv edirsiz ki? ((((. Nə olacaq ki desəz sualları

    Cavab yaz
  • Anonim
    Günay · 17 İyun 21:5000

    Youtube-da 17.06.2017 buraxiliş imtahani yazin video paylaşilib suallarla bagli

    Cavab yaz
    • Anonim
      Nur · 18 İyun 07:3800

      You tubeda riyaziyyatdan az suallar qoyulub, 7 dənə sual qoyulub. Bilmək istəyirəm funksiya, ədədin standart şəkli, çevrə, faiz, ehtimal, bərabərsizlik, birməchullu tənlik, çevrənin tənliyi bu mövzulardan düşmüşdü?

      Cavab yaz
  • Anonim
    Günay · 17 İyun 21:5400

    1ci imtahandan qat qat asandi narahat olmuyun

    Cavab yaz
  • Anonim
    Ay · 18 İyun 02:0500

    Qebul,sinax bunan qat qatcetin idii..su kimiydi

    Cavab yaz
  • Anonim
    Nur · 18 İyun 07:3500

    Riyaziyyatdan hansı mövzular düşmüşdü?. Ətraflı yazın da nə olar. 1ci imtahanda çoxlu şərhlər yazılmışdı. 2-ci də niyə heçkim yazmır imtahan haqqında

    Cavab yaz
  • Anonim
    Günay · 18 İyun 16:3800

    Oxşarliqa funksiyaya modul bərabərsizliyə tənliklərə sadə ədədlərə ədədini hissəsinin tapilmasina qonşu bucaqlara ədədi silsiləyə məxrəcin irrasionalliqdan azad olmasina əmsalin tapilmasina aid misallar məsələlər var idi

    Cavab yaz
  • Anonim
    Günay · 18 İyun 16:4000

    Suallar asan idi deyə bu haqda çox danişilmir imtahanda riyaziyyatdan 0 yazan belə bu imtahanda 19 sual yazib

    Cavab yaz
  • Anonim
    niko · 18 İyun 17:1900

    Su kimi idi

    Cavab yaz
  • Anonim
    enver · 27 İyun 16:3400

    imtahanda ne dusmusdur xahis edrem deyin men ayin 30 unda imtahan verecem ne dusub?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.