Ölkə

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin Facebook səhifəsi istifadəyə verildi

16 İyun 2017 19:50
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin "Facebook" səhifəsi istifadəyə verilib.

Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən https://www.facebook.com/1871765836419509/ səhifəyə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.

Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırı AZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.

Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTAC bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.