Ölkə

"Formula-1"in iştirakçıları və qonaqları üçün iki xəstəxana ayrıldı - Nazir əmr imzaladı

16 İyun 2017 18:20
0 Şərh     Baxış: 406

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda "Formula-1" Azərbaycan Qran-prisi" yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Milli.A zxəbər verir ki, bu barədə report-a Səhiyyə Nazirliyindən bildirilib.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki

Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.