Ölkə

Püskürən vulkanın ətrafındakı evlər siyahıya alınır - RƏSMİ

16 İyun 2017 17:07
0 Şərh     Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keyrəki palçıq vulkanı ətrafındakı evlər nəzarətdə saxlanılır.

Milli.Az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətindən lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda  ərazidə yerləşən evlərin siyahıya alınması işləri aparılır.  

Məlumatda qeyd edilib ki, Keyrəki vulkanı Bakıdan 12 km şimalda, Binəqədi qəsəbəsindən bir qədər aralıda yerləşir.

İcra Hakimiyyətindən bildirilib ki, vulkanın təsir dairəsi ərazisində tikilən evlərin böyük əksəriyyəti qaçqın və köçkün ailələrinə məxsusdur.

Nazirlər Kabinetinin 29 sentyabr 2011-ci il tarixli sərəncamı ilə Keyrəki vulkan dağının 31,35 hektar torpaq sahəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Həmin 31,35 ha ərazidə hazırda heç bir yaşayış evi yoxdur.

Qoruğun ətrafında mühafizə zolağı müəyyən edilib. Əraziyə 20-dən artıq xəbərdarlıq lövhələri yapışdırılıb. Yerli sakinlərə üzərində vulkanlarla bağlı məlumatlar olan təqvimlər paylanıb. Maarifləndirmə işləri mütəmadi aparılır. Ərazi aidiyyəti qurumlarla birlikdə nəzarətdə saxlanılır.

Qeyd edilib ki, həmin ərazidə yaşayanların köçürülməsi ilə bağlı icra hakimiyyətinə hər hansı bir məlumat daxil olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.