Ölkə

Bakıda Formula 1 treki 4 günə tam hazır olacaq - FOTO

16 İyun 2017 16:20
Baxış: 694

Bakıda Formula 1 treki 4 günə tam hazır olacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin obyektlərin tikintisi üzrə meneceri Tom Butçer deyib.

O qeyd edib ki, iyunun 19-u gecə saat 01:00-dan başlayaraq şəhərin mərkəzi küçələri yekun işlərin aparılması üçün bağlanacaq:

"Narahatlığa görə şəhər sakinlərindən üzr istəyirik, lakin tədbirin keçirilməsi üçün bu işlərin görülməsi vacibdir. Biz şəhərdə nəqliyyatın hərəkətinə təsiri azaltmaq üçün zəruri olan hər şeyi edirik".

T.Butçer əlavə edib ki, bu həftə Kanadadan Bakıya Formula 1 bolidləri üçün lazım olan dəniz yükləri çatdırılıb:

"Növbəti 4 gün ərzində trek həm texniki, həm də dizayn baxımından yarışların keçirilməsinə tam hazır olacaq. Biz bu möhtəşəm ölkədə görüşü səbirsizliklə gözləyən turistləri qəbul etməyə hazırıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.