Ölkə

91 min manat mənimsəyən keçmiş vəzifəli şəxsə hökm oxundu

16 İyun 2017 15:17
0 Şərh     Baxış: 1 168

Mənimsəmədə təqsirləndirilən "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt filialının sabiq müdiri Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə C.Əsgərov 7 il azadlıqdan məhrum edilib.
 
Onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci maddəsi tətbiq olunaraq, şərti cəza verilib.
 
Qeyd edək ki, C.Əsgərov "Azərbaycan Sənaye Sığorta" ASC-nin Sumqayıt filialının sabiq müdiri vəzifəsində çalışıb. O, həmin şirkətdə çalışarkən özgənin əmlakını - 91 min 23 manat pulunu mənimsəmə yolu ilə ələ keçirib. C.Əsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə istintaqı dövründə C.Əsgərov dəymiş ziyanı ödəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.