Ölkə

Azərbaycan əhalisinin 6 faizi əlildir

16 İyun 2017 13:44
0 Şərh     Baxış: 379

Hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 minə yaxındır. Bu da ölkə əhalisinin təxminən 6 faizini təşkil edir. 600 min nəfərdən 72 mini 18 yaşadək olan şəxslərdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilmiş plenar iclasda bildirib.
 
Nazir müavini deyib ki, əlilliyi olan şəxslərə müvafiq təqaüdlər ödənilir, əlilliyi olanların tibbi sosial reabilitasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir. 
 
İ. Rəhimov qeyd edib ki, Azərbaycanda 540 min ailəyə ünvanlı sosial yardım ödənilir, habelə 713 min nəfərə sosial müavinət təyin olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.