Ölkə

"Azərbaycan əhalisinin 96 faizi müsəlmandır"

16 İyun 2017 13:43
3 Şərh     Baxış: 1 206

"Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir. Ölkədə 2200-dək məscid, 7 sinaqoq, 14 kilsə - həm katolik, həm də pravoslav kilsələrinin icmaları fəaliyyəti göstərir. Azərbaycanın dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Bütün bunlar dayanıqlı inkişafın göstəriciləridir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.
 
M.Qurbanlı qeyd edib ki, dayanıqlı inkişafı ləngidən amillərdən biri də sürətlə silahlanmadır: "Dünyada hər il 1 trilyon 600 milyard dollar silahlanmaya sərf olunur. Bu vəsaitin 1 trilyonu yalnız NATO ölkələrinin payına düşür. Dünyada 160-ya yaxın münaqişə ocağı mövcuddur. Bu gün heç kim terrordan sığortalanmayıb". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    M.l · 16 İyun 13:4610

    Inanmagin gelmir

    Cavab yaz
  • Anonim
    İjbkk · 16 İyun 13:5401

    Muharibenin çoxu ele şeriyete dine göre olur ele en böyük ayrı seçkiliyi din edir insan ları tebeqeye bölür bir teriqet obiri teriqeti sehv sanır onları özünen aşaqı bilir yeni tebeqekeşme ayrı seçkiliy salır özünü diger teriqetden üstün tutur bunun da axrı gelib rifaxlara muharibelere gelib çıxır

    Cavab yaz
  • Anonim
    Lələ · 16 İyun 14:0600

    Bu rəqəm hardandır? Siyahıyaalmada dini mənsubiyyəti də soruşurlar?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.