Ölkə

Fuad Əhmədliyə hökm oxundu

16 İyun 2017 11:41
Baxış: 905

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az APA-ya istinadə xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F. Əhmədlinin vəkili Əsabəli Mustafayev çıxış edib. Vəkil bəraət hökmünün çıxarılmasını istəyib.
 
Fuad Əhmədli bildirib ki, hər hansı cinayət törətməyib.
 
Hökmə əsasən, F.Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib

Qeyd edək ki, Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Fuad Əhmədlinin mənzilində axtarış zamanı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb. Fuad Əhmədli Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.