Ölkə

Ən dadlı qarpızı seçməyin 5 ÜSULU - FOTO

16 İyun 2017 10:03
0 Şərh     Baxış: 2 122

Bir çoxumuz  qarpız seçərkən bir neçə şillə vurmaqla kifayətlənirik. Əslində isə diqqət etməli oldğumuz daha vacib məqamlar var.

Milli.Az repost.az-a istinadən sizə qarpızın ən yaxşısını seçməyinizə kömək ola biləcək 5 əsas üsulu təqdim edir.

1. Alacağınız qarpızın dib hissəsinin ağ olmamasına diqqət edin. Çünki qarpızın dib hissəsinin rəngi nə qədər sarıya yaxın olarsa  o qədər şirin olur.

2. Qəhvəyi xallı və cizgili qarpızları qaçırmayın!

Qarpızın qabığındakı qəhvəyi ləkələr və cizgilər qarpız böyüyərkən çiçəyinin arılar tərəfindən çox ziyarət edildiyini göstərir. Tozlaşma deyilən bu təbii hadisə nə qədər çox olursa qarpız o qədər şirin olur.

3. İncə, uzun olan qarpızlar bol sulu, yumru olanlar isə şirin olur.

4. Qarpızın dadlı olması üçün böyük və ya kiçikliyi vacib deyil. Əsas odur ki, qarpızı əlinizə aldığınızda ağırlıq hiss etməlisiniz. Çünki yüngül qarpızın kal çıxma ehtimalı çox olur.

5. Əgər qarpızın saplağının rəngi tünddürsə, bu, qarpızın yetkin olduğunu göstərir. Əgər sapın rəngi sarıdırsa, qarpızın yaxın zamanlarda toplandığını və yetkin olmadığını bildirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.