Ölkə

Məktəb direktorunun oğlunun maşını bu hala düşdü - Özü xəstəxanadadır - YENİLƏNİB - FOTO

16 İyun 2017 14:23
2 Şərh     Baxış: 2 999

14:23

Bu gün Mingəçevir şəhərində bədbəxt hadisə baş verib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Nizami küçəsində iri gövdəli ağac 1987-ci il təvəllüdlü Əliyev Rəvan Ramiz oğluna məxsus "Nissan" markalı avtomobilin üstünə aşıb. Nəticədə 30 yaşlı sürücü ağacın altında əzilən maşının içində qalıb və müxtəlif dərəcəli xəsarətlər alıb.

Ətrafdakı insanların köməkliyi ilə o, maşından çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bədbəxt hadisə ilə üzləşən Rəvan Əliyev Mingəçevir şəhər 14 saylı orta məktəbin direktoru Ramiz Əliyevin 

-----------

09:58

Mingəçevir şəhərində ağac hərəkətdə olan maşının üzərinə aşıb, sürücü xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi ərazisində baş verib. 
Belə ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Rəvan Ramiz oğlu Əliyev idarə etdiyi 90-FP-566 dövlət qeydiyyat nömrə nişanlı "Nissan-Sunny" markalı avtomobillə hərəkətdə olan zaman güclü külək iri gövdəli ağacı kökündən qopararaq avtomobilin üzərinə aşırıb. 

Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Köməksiz vəziyyətdə qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb və Mingəçevir Şəhər Mərəkəzi Xəsətəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

2 Şərh:

  • Anonim
    xxx · 16 İyun 10:1121

    Nissan teana avtomobilidir, sunny yox

    Cavab yaz
  • Anonim
    maskovskı · 16 İyun 14:3400

    Teana yazılıb.... he sora 3 yaşlı surucu nedı))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.