Ölkə

Bakıda 18 avtobusun marşrut xətti dəyişdirildi - SİYAHI - XƏRİTƏLƏR

15 İyun 2017 11:26
2 Şərh     Baxış: 3 004

Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Artıq dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.

Qeyd edək ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17.06.2017 tarixinə planlaşdırılsa da, "Azneft" dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.

Xatırladaq ki, Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Baku · 15 İyun 11:3200

    Goresen bu kime lazimdi

    Cavab yaz
  • Anonim
    oktay · 15 İyun 12:5800

    Onsuzda 7yə minən yox idi.Agilsizligdi bunu uzatmag bax 5nömrəni Keçlə bazarinadək uzatsinlar ordan şəhərə marşrut yoxdu 25,69 9 bərpa eləsinlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.