Ölkə

"Hər an övladımı itirmək qorxusu ilə yaşadım" - Könül Xasıyeva

14 İyun 2017 20:20
13 Şərh     Baxış: 4 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Könül Xasıyeva "5/5" verilişinə açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problem olan muğam ifaçısı həkim müyinəsindən keçdiyini deyib.

O bildirib ki, həkimlər müayinə nəticəsini ona demirlər:

"Yəqin narahatdılar ki, stres keçirib həyəcanalanacam. Oğıim Kazımın 3 yaşından sonra problemləri oldu. 6 il çox həkimlərə apardım. Son iki ildir hər an övladımı itirmək qorxusu ilə yaşadım. Uşağın 9 yaşı var, 37 kiloqram olmalıdır, amma 56 kiloqramdır. Bu illər ərzində saçım ağardı, töküldü, dişlərim töküldü. Çox çarəsiz idim, başımı divarlara vururdum. Uşaq günü-gündən geri gedirdi. Çox pessimist hislərə qapılmışdım. Ölümü belə gözə almışdım. Bundan sonra yaşasam da, yaşamasam da Allahın işidir. Kazıma görə yaşamaq istəyirəm. Daha sonra həyatımda məni, ətrafımı çökdürən önəmli bir hadisə oldu. 

Həkimlərim deyir ki, Könül xanım, səni payıza qədər ayağa qaldıracağıq, səhnəyə təhvil verəcəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.