Ölkə

"Rəsulzadənin imkanı vardı ki, hökumət başçısı olsun" - Yaqub Mahmudov

13 İyun 2017 16:23
3 Şərh     Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil".

Milli.Az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yerli media nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" mövzusunda təşkil edilən kurslar çərçivəsindəki seminarda deyib.

Akademikin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qurucularını bir-birinə qarşı qoymaq, onları fərqləndirmək lazım deyil: "Əlimərdan bəy Topçubaşov Fransada müstəqilliyimizi tanıtmaq üçün böyük işlər görüb. Cümhuriyyət xadimləri bir-birindən dəyərli insanlardır. Bu adamların hamısı vətən yolunda şəhid oldular. Düşmənlərimiz seçib o adamları məhv etdilər ki, onlar ermənilərə göz açmağa imkan vermirdi. Ancaq Məhəmməd Əmin Rəsulzadənin də müstəqilliyimizin qorunması istiqamətində çox böyük rolu olub. Bunu danmaq olmaz. Məhəmməd Əmin Rəsulzadənin imkanı vardı ki, hökumət başçısı olsun, ancaq o görürdü ki, hüquq təhsili almış Fətəli Xan Xoyski bu hökumətə daha yaxşı rəhbərlik edə bilər".

AXC dövründə idarəçilikdən danışan instututun ditrektoru o zaman böyük işlər görüldüyünü, bununla yanaşı bəzi səhvlərin olduğunu da qeyd edib.

Y.Mahmudov seminarda həmçinin, İrəvan, Zəngəzur və digər tarixi Azərbaycan ərazilərinin ermənilərə necə verilməsindən bəhs edib. Onun sözlərinə görə, əldə edilən sənədlərə görə, erməni tərəfi Batum danışıqları və müqavilələrinə (11 may - 04 iyun 1918-ci il) əsasən, İrəvan və ətrafdakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində bir sıra öhdəliklər götürüblər, lakin məqsədlərinə nail olduqdan sonra bütün öhdəlikləri birtərəfli qaydada pozub, işğalçılıq siyasətini davam etdiriblər. Ona görə də, İrəvan və ətrafındakı Azərbaycan topraqlarının ermənilərə verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmiş hesab edilməlidir. Buna görə də AXC Milli Şurasının İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi haqqındakı qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.