Ölkə

"Mənim Azərbaycanda nikahım olmayıb" deyən aparıcı: "Əgər qadın yalnızdırsa..." - FOTO

10 İyun 2017 12:20
16 Şərh     Baxış: 9 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Zümrüd Bədəlova qadın yalnızlığından bəhs edib.

Milli.Az xəbər verir ki, bəstəboy, gözəl aparıcı sosial şəbəkə hesabında bu haqda maraqlı paylaşım edib:

"Əgər qadın yalnızdırsa, ya hələ də ürəyində tüstüsü qalan sevgisi, ya da canından çox sevdiklərinə ömrünü "xərclədiyi" bir fədakarlığı var".

Qeyd edək ki, Z.Bədəlova tamaşaçılara ATV telekanalından tanışdır. Ailə qurduqdan sonra efirlərdən uzaqlaşan aparıcı hal-hazırda "Xəzər" telekanalının əməkdaşıdır. Zümrüd ailəli olub, 9 yaşında Ləman adlı bir qızı var.

Xatırladaq ki, ailə həyatı qurduqdan sonra Moskvaya köçən aparıcı ötən il qafqazinfo-ya açıqlamasında bunları demişdi: "Yaxşı şeylər olmadı, qayınatam rəhmətə getdi. Ailəvi olaraq Bakıya gəldik. Qərara gəldik ki, Azərbaycanda yaşayaq. Həyat yoldaşımın Rusiyadakı biznesini də işlədən adamlar var idi. Düşünürdük ki, o biznesi də Bakıya köçürək. Amma Moskvada doğulub-böyüyən insan üçün yaşamaq burada çətin idi. Qərara gəldi ki, Rusiyaya qayıtsın. Mən ona dedim ki, qalırsansa, Bakıda qal, burada yaşayaq. Hamı elə bilir boşanmışıq, ancaq mən rəsmən boşanmamışam. Mənim Azərbaycanda nikahım olmayıb, Rusiyada olub. Azərbaycan şərtlərinə görə mən subayam. Heç boşanmaq ağlıma gəlməyib. 8 yaşlı qızım var. Daha doğrusu, bu qərarı vermək üçün heç üz-üzə gəlməmişik.

Bundan sonra çətin ki, ailə münasibəti davam etsin. Tez-tez Azərbaycana gəlir, qızıyla görüşür. Mənlə isə görüşmür, Rusiyaya qayıtmadığıma görə küsüb. Bəlkə də buradakı uğurumu gözləmirdi, ondan ötrü çox qısqandı. Kanallardan iş təklifləri gəldi, yolda saxlayıb məni soruşurdular, efirə qayıdıb-qayıtmayacağım barədə suallar verirdilər. Hər yay Bakıya gəlirdik. Hava limanına girən kimi hamı məni tanıyırdı. "Zümrüd xanım, xoş gəlmisiz" sözündən sonra evdə davalar olurdu. Elə bilirdi ki, efirlərdən uzaqlaşanda unudulacam. Çox qısqanc idi".

Təhməz Təkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.