Ölkə

Lerik sakinləri işıqlığa çıxdı

7 İyun 2017 09:59
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək səbəbindən Lerikdə elektrik enerjisinin verilişində fasilələr yaranmışdı. İldırım çaxması nəticəsində yanan yarımstansiyada problem aradan qaldırılıb, rayona elektrik enerjisi verilib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib. Onun sözlərinə görə, ötən gün leysan yağışla birgə çaxan güclü ildırım səbəbindən 3510 kilovoltluq yarım stansiyanın yağ açarı yanıb, rayona elektrik enerjisini verilməsi dayanıb. Hadisə yerinə "Azərenerji" ASC-nin əməkdaşları cəlb olunub. Görülən tədbirlərdən sonra rayon ərazisinə elektrik enerjisinin verilişi bərpa olunub.
 
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.