Ölkə

"Maşın" şounun növbəti saxtakarlığı: o, yarışdan uzaqlaşdırılmalıydı! - FOTO

5 İyun 2017 13:34
15 Şərh     Baxış: 36 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maşın" şounun saxta olması ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, budəfəki fakt səslənən iddiaları daha da gücləndirir.

Sizə təqdim etdiyimiz fotoda yarışın iştirakçılarından olan Oksana Rəsulova maşının ətrafında poz verir. Yarışın digər iştirakçısı Təranə Qumral isə barmaqları ilə oynamaqla diqqət çəkir. Halbuki, qaydalara əsasən, müğənninin bir əli maşının üzərində olmalıydı.

Qeyd edək ki, bu, real hesab edilən, ancaq çoxlarının inanmadığı şou ətrafında baş verən ilk belə saxtakarlıq deyil.

Belə ki, bir neçə gün öncə oyun zamanı Kənan M.M.-in də maşının üzərindən əlini çəkməsini əks etdirən görüntülər yayılmışdı. Buna baxmayaraq, rejissor yarışda mübarizəsini davam etdirmiş, daha sonra şoudan öz istəyi ilə ayrılmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.