Ölkə

Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər?

2 İyun 2017 19:35
0 Şərh     Baxış: 2 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Henley & Partners" ("Henli və tərəfdarları") şirkətinin viza məhdidiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir.

Milli.Az report.az-a istinadən bildirir ki, indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.

Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.
Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.

Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.