Ölkə

"Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək" - Elman Rüstəmov

30 May 2017 11:57
Baxış: 1 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

"Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq. Bildiyiniz kimi, ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planı Maliyyə Sabitliyi Şurası tərəfindən qəbul olunmuş proqrama əsasən həyata keçirilən tədbirdir", - o qeyd edib.
 
Bankir əlavə edib ki, ilin sonunadək manatın məzənnəsi üçün heç bir risk yoxdur: "İlin sonunadək manatın ucuzlaşması risklərini görmürük".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.