Ölkə

"Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır"

30 May 2017 12:18
0 Şərh     Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dil pozuntularının bir qismi sözlərin sırasının pozulması ilə bağlıdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Dilçilik İnstitutunun direktoru Möhsüm Nağısoylu "Telekanalların dil mənzərəsi" mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sözlərin yazılışı ilə bağlı pozuntulara da tez-tez rast gəlinir: "Dil pozuntularının qarşısını almaq üçün ilk olaraq məsuliyyətli və peşəkar olmaq, ana dilini sevmək və qorumaq lazımdır. Dil xalqın mənəvi sərvətidir, sərvəti isə qorumaq lazımdır".

İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, hazırda əvvəllər çox rast gəlinən bir sıra çatışmazlıqlar artıq aradan götürülüb: "Hazırda başqa dillərdən lüzumsuz sözlərin dilimizə gəlməsi, türk intonasiyasında tələffüzün formalaşması böyük problemlərdəndir".

Şöbə müdirinin sözlərinə görə, institutun monitoriqlər aparılmasında məqsədi Azərbaycan dilinə xidmət etməkdir: "Bizim məqsədimiz hər hansı aparıcının səhvini tutmaq deyil".
S.Əliyeva qeyd edib ki, bu monitorinqdən sonra yenidən televiziya jurnalistləri üçün treninqlər keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.