Ölkə

9 nəvəsini VAZ-2106-da gəzdirən baba saxlanıldı: "Onların 5-i bir nəfər etməz" - YENİLƏNİB - VİDEO - FOTO

30 May 2017 18:16
10 Şərh     Baxış: 4 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:16

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsəd ilə reyd keçiriblər.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, reyd rayonun Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də aparılıb.

İki saat ərzində baş tutan yoxlamalar zamanı artıq sərnişin götürən və qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən sürücülər aşkarlanaraq barələrində tədbir görülüb.

Sürücü: "2 ay bundan qabaq texniki baxış və sığortadan keçmişəm. Deyir ki, biz mayın 1-nə kimi yenidən keçməliyik. Bilməmişəm, yenə keçərəm".

Sürücü: "Uşaqlar maşında çox olduğu üçün saxlayıblar. Hamısı nəvələrimdir. Hələ yarısı da evdə qalıb".

Reyd zamanı polis əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub.

Sürücü: "Mənlik bir şey yoxdur. Uşaq xəstə idi. Kateqoriya var, amma evdən tələsik çıxmışam. Mən həmişə saxlamışam".

Reyddə istismara yararsız, əlavə avadanlıqlar quraşdırmış, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan nəqliyyat vasitələri də saxlanılaraq cərimələniblər.

Qeyd edək ki, 30 sürücüdən 4-ü tabesizlik göstərdiyinə görə, 15-i sərnişindaşıma qaydalarını kobud şəkildə pozduğuna görə, 11-isə digər digər qayda pozuntularına görə barələrində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.

----------

11:41

Astarada rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib.

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib. Əsas məqsəd sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub.
 
DYP əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub. Tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.
 
Yol polisi bölməsinin rəisinin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Astarada reyd: 9 nəvəsini

9 nəvəsini VAZ-2106-da gəzdirən baba saxlanıldı:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.