Ölkə

"Anasını öldürən polis mayorunun oğludur" - Mingəçevirdəki dəhşətli qətlin TƏFƏRRÜATI

29 May 2017 14:30
24 Şərh     Baxış: 5 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində oğlu tərəfindən amansızcasına öldürülən ananın qətlinin bəzi təfərrüatları məlum olub.

Milli.Az xəbər verir ki, şəhər sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Kəmalə Məhərrəmovanı öldürən Nail Məhərrəmov bir neçə ay bundan əvvəl həbsxanadan çıxıb: "Nail sabiq polis mayoru Əlövsətin oğludur. Kəmalə Əlövsətin ikinci həyat yoldaşıdır. Əlövsətin apteki vardı, Kəmalə də orada işləyirdi. Əlövsət dünyasını dəyişəndən sonra apteki Kəmalə Məhərrəmova işlədib. Nail Məhərrəmov 10 il idi ki, həbsdə idi. O, bir neçə ay bundan əvvəl həbsxanadan qayıtmışdı. Anasını başqa şəxslə görüb. Hətta ona bununla bağlı xəbərdarlıq da edib. Nailin anası ilə dəfələrlə dava-dalaşı olub. Yəqin ki, burada həbsxana həyatı da mühüm rol oynayıb."

Mingəçevir şəhərində Xətai küçəsi 10 ünvanında yaşayan Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.