Ölkə

Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində

29 May 2017 12:05
0 Şərh     Baxış: 1 420

Almaniyanın paytaxtı Berlin şəhərində Böyük İyirmiliyin (G20) Beyin Sammiti öz işinə başlayıb. Sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı, Corc Akerlof, Edmund Stroter Felps, Maykl Spens kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edirlər.


Milli.Az xəbər verir ki, G20 Beyin Sammitində Azərbaycan da təmsil olunur. Ölkəmizi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı-alim Vüqar Bayramov təmsil edir. CESD sədrinin Berlinə səfəri G20 Beyin Sammiti rəhbərinin dəvəti ilə reallaşıb. Qeyd edək ki, V.Bayramov bütövlükdə regiondan sammitə dəvət edilən yeganə beyin mərkəzi rəhbəridir. Azərbaycanlı alimin rəhbərlik etdiyi CESD qlobal qiymətləndirmədə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi hesab olunur.

Vüqar Bayramov Milli.Az-a bildirib ki, sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək. Azərbaycanlı alim bir sıra panellər üzrə fikirlərini bölüşməyi də nəzərdə tutub.

Qeyd edək ki, Sammitdə qlobal iqtisadi sistemin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksionizm kimi mövzular müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə-Avropa Birliyi münasibələtləri kimi məsələlərə də toxunulması nəzərdə tutulur.

Sammit çərçivəsində dünyanın 100 ölkəsindən dəvət edilən talantlı gənclərlə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri də planlaşdırılır. Ümumilikdə 3 gün davam edəcək görüşdə beyin mərkəzlərinin G20 ölkələrinin liderlərinin iştirak ilə bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək sammitə töhfəsi məsələlərinə toxunulacaq.

Qeyd edək ki, hazırda  G20-ə Almaniya sədrlik edir.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.