Ölkə

Yol polisi "hacı pivəsi" içən sürücünü "sərxoş" tutdu - Bakıda şok olay

29 May 2017 11:11
6 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisi tarixi hadisəyə imza atıb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Bakının rayonlarından birinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir sürücünü saxlayaraq sərxoşluq müayinəsi keçiriblər. Sürücü isə bildirib ki, bir butulka alkoqolsuz pivə (hacı pivəsi) içib. Yol polisi təklif edib ki, sürücü bu barədə protokolda yazsın. Sürücü də bir cümlə yazıb ki, "bir butulka pivə içmişəm". Yol polisi elə bu cümləyə əsaslanaraq həmin sürücünü sərxoş sürücü kimi qeydə alıb və avtomobili cərimə meydançasına aparıblar. Hazırda sürücü bu məsələdən çaş-baş qalıb və alkoqolsuz pivə ilə sərxoş olmağın necə mümkün ola bildiyini düşünür.
Sürücü bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.