Ölkə

Usta qaçırdığı avtomobillə qəza törədib öldü - TƏFƏRRÜAT - YENİLƏNİB - VİDEO - FOTO

29 May 2017 14:03
9 Şərh     Baxış: 5 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:03

Mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır. 

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev avtosfer.az-a bildirib ki, mayın 28-də, saat 15:00 radələrində Xırdalan şəhəri ərazisində aşmış "VAZ-2106" markalı, 90-EH-176 dövlət qeydiyyat nişanlı minik avtomobili onu idarə etmiş və qəza nəticəsində həlak olmuş Məmmədov Sahil Əfsər oğlu tərəfindən qaçırılıbmış. Bununla bağlı həmin avtomobili təmirə vermiş sahibi Məmmədov Emil Rəsul oğlu həmin gün Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə məlumat verib: "Lakin avtomobilin aşmasına səbəb heç də patrul avtomobili tərəfindən təqib edilməsi olmayıb. Müşahidə kameralarının görüntülərinə əsasən həqiqətən də Bakı-Quba yolunda paytaxt istiqamətinə xeyli aralı məsafədə patrul avtomobili hərəkət edib. Ancaq qarşıda gedən "VAZ-2106" markalı avtomobil Bakı-Quba yolundan Xırdalan istiqamətinə döndüyü üçün arxadan düzünə Bakı şəhərinə doğru hərəkət edən YPX əməkdaşları onun aşmasını görməyiblər. Bu haqda patrul avtomobilinin arxasınca gələn digər nəqliyyat vasitəsinin sürücüsü onlara işarə verərək saxlatdırıb və məlumat verib. Geri dönərək qəza yerinə ilk çatan, xəsarət alanlara kömək edən, təcili yardım çağıran da məhz həmin əməkdaşlar olub. Araşdırma zamanı müəyyən edilib ki, qəzada həlak olmuş Məmmədov Sahil Əfsər oğlu Nizami rayonu B.Çobanzadə küçəsində yerləşən avtomobil təmiri sexində usta işləyib. Həmin avtomobili də sahibindən xəbərsiz götürüb sürücülük hüququ olmadan idarə edərək Saray qəsəbəsinə gedib və geri qayıdarkən qəza törədib".

Ehtimal olunur ki, avtomobili sürücülük hüququ olmadan və icazəsiz idarə etdiyinə görə yaxalanmaq qorxusu olan S.Məmmədov arxada hərəkət edən edən patrul avtomobilinin görünüş dairəsindən mümkün qədər tez uzaqlaşmaq niyyəti ilə istiqamətini dəyişib və sürət həddini yol şəraitinə uyğun seçmədiyi üçün bir qədər sonra Xırdalan yolunda avtomobili aşırıb.

Qeyd edək ki, qəza nəticəsində ölən Sahil Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

--------------

13:13

Daxili İşlər Nazirliyi Abşeronda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında məlumat yayıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, mayın 28-də saat 15:00 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. 
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birində, orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. 

----------

10:47

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yol polisinin qovduğu maşın qəzaya düşdü: sürücü öldü, 1 nəfər ağır yaralandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.