Ölkə

Bakıda qəza: qadın yaralandı - FOTO

27 May 2017 11:50
1 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Məsud Davudoğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşıb. 

O bildirib ki, "Hyundai" markalı avtomobil Azadlıq prospektinə dönmək üçün həmin ərazidə yerləşən dairəyə sürətlə girib. 

Nəticədə "Mercedes" markalı avtomobillə toqquşub:

"Avtomobildə qabaqda oturan sərnişin xanım kəmər bağlamadığı üçün yaralanıb. Təcili yardım maşını ilə xəstəxanaya aparıldı. Dediyinə görə, imtahana tələsirmiş".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.