Ölkə

Generallar bulvardakı yürüşdə - FOTO

27 May 2017 10:34
Baxış: 3 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dövlət Bayrağı Meydanından start götürən "28 MAY - Respublika günü"nə həsr olunmuş yürüş keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev və media nümayəndələri iştirak edib.

Yürüşdən öncə  DTX-nın ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, xalq artisti  Aygün Kazımova ifa edib.

Yürüş DTX və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub. Qət edilən məsafə isə 5 km təşkil edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.