Ölkə

Azərbaycanın ən yaşlı seçicisi - "O, 3 əsrdə yaşayıb"

26 May 2017 17:01
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda ən yaşlı seçicinin 123 yaşı var".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, həmin seçici 3 əsrdə yaşayıb: "Bu, 1894-cü ildə anadan olmuş 94 saylı Bərdə Seçki Dairəsinin 3 saylı məntəqəsinin seçicisi Allahverdiyeva Səmərqənd Gülməmməd qızıdır. Kişilər arasında ən yaşlı seçici isə 66 saylı Biləsuvar Seçki Dairəsinin 23 saylı seçki məntəqəsinin seçicsi 117 yaşlı Qurbanov Səttar Həsən oğludur".

MSK sədri əlavə edib ki, Azərbaycanda yaşı 100 və 100-dən yuxarı 407 seçici var, 90-99 yaşlı seçicilərin sayı isə 9245 nəfər təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.