Ölkə

Vaqif Mustafayev baş redaktorun işdən uzaqlaşdırılmasından DANIŞDI - YENİLƏNİB

26 May 2017 15:31
0 Şərh     Baxış: 2 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:31

"Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün" informasiya proqramının baş redaktoru Elman Gədikli vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az xəbər verir ki, "Space" kanalının prezidenti Vaqif Mustafayev aznews.az-a açıqlamasında bildirib ki, Elman Gədikli öz ərizəsi əsasında işdən çıxıb:

"Heç bir qovulma faktından söhbət gedə bilməz. Elman Gədiklinin bizdə ərizəsi var. Yazılıb ki, öz xahişimlə məni tutduğum vəzifədən azad edin. Onun kanalda Təhsil Nazirliyi ilə bağlı yayımlanan süjetə görə işdən azad edilməsi yalan xəbərdir."

Kanaldan verilən məlumata görə, hazırda Elman Gədiklinin baş redaktor vəzifəsini müvəqqəti olaraq tanınmış jurnalist Azadə Balayeva icra edir.

Bu gün mətbuatda yayılan xəbərlərə görə, Elman Gədiklinin işdən çıxarlmasına səbəb "Space"də Təhsil Nazirliyi ilə bağlı tənqidi süjetin getməsidir. Məlumatda bildirilir ki, həmin süjetdən sonra Təhsil naziri Mikayıl Cabbarov "Space"nin rəhbərliyinə zəng edib, narazılığını ifadə edib. Həmin zəngdən sonra rəhbərlik Elman Gədikli ilə vidalaşıb.

------------

14:19

"Space" Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün" İnformasiya Proqramının baş redaktoru, tanınmış telejurnalist Elman Gədikli vəzifəsindən azad olunub.

Milli.Az xəbər verir ki, keçmiş baş redaktor Elman Gədiklini işdən getmə səbəbini ölkə.az-a açıqlayıb.

E.Gədikli bildirib ki, əsəblərində problem yarandığı üçün belə qərar verib: "Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa Space-ə qayıtdım".

Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib: "Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".

Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov Space-in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Məhz bu zəngdən sonra Gədikli işdən çıxarılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.