Ölkə

Nazirlikdən kurikulumun ləğv ediləcəyi ilə bağlı AÇIQLAMA

25 May 2017 17:08
5 Şərh     Baxış: 3 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda kurikulum sisteminin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlər tamamilə absurddur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

O bildirib ki, kurikulumun ləğvi haqqında danışanların müasir təhsil sistemindən kifayət qədər məlumatları yoxdur: "Kurikulum həmişə olub, bu gün var və gələcəkdə də olacaq. Kurikulumsuz təhsil olmur, çünki bu sistem təhsilin məzmunudur. Kurikulumu ləğv etmək təhsili məzmunsuz saxlamaq deməkdir. Ona görə də belə bir məsələ absurd ifadədir".

Nazirlik rəsmisi xatırladıb ki, kurikulum hər zaman təkmilləşən bir sistemdir: "Hazırda Təhsil Nazirliyi tərəfindən kurikulum ləğvini şərh etmək çətindir. Bu sistem ləğv oluna bilməz, sadəcə müəyyən təkmilləşdirmələr aparıla bilər. Bu da onsuzda hər il baş verir. Ona görə də bunu ciddi dəyişiklik kimi qələmə vermək düzgün deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.